Cəmiyyət 

AMEA-da AXC-nin 100 illiyinə həsr olunan konfrans keçirilib

ARANTV.AZ xəbər verir ki, Milli Elmlər Akademiyasında “Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda elmi konfrans keçirilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Bu il 100 illiyi qeyd olunan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz izlər qoyub. İki ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Bu dövrdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib. Ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni, gerbi yaradılıb. Ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib. Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi konfransda Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bu barədə məlumat verdi. Bildirdi ki, akademiyanın elmi müəssisələrində yubileylə bağlı bir sıra konfranslar keçirilib, məqalələr, kitablar, sənədlər toplusu, elmi-biblioqrafik göstəricilər, monoqrafiyalar nəşr olunub, sərgilər təşkil edilib. Akademiyanın  ictimai elmlər bölməsinin akademik-katibi Nərgiz Axundova qeyd etdi ki, cümhuriyyətin fəaliyyət göstərdiyi dövrdə ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmini istiqamətində ciddi addımlar atılıb. Elmin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib. Konfrans işini elmi məruzələrlə davam etdirdi.

Daha çox xəbərlər