Dünya 

Türkiyədə məktəblərin açılacağı vaxt elan olundu

Türkiyədə fevralın 15-dən etibarən tədris müəssisələri mərhələli şəkildə fəaliyyətə başlayacaq.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu ölkənin təhsil naziri Ziya Selçuk deyib.

O bildirib ki, fevralın 15-də məktəbəqədər təhsil müəssisələri işə başlayacaq.

Martın 1-dən ibtidai siniflərdə dərslər həftədə 2 dəfə olmaqla başlayacaq. Bundan başqa, martın 1-də imtahan verməli olan 8 və 12-ci sinif şagirdləri siniflərə qayıdacaq.Şagirdlər məktəblərə yalnız peyvəndləndikdən sonra gedə biləcəklər. Şagirdlərin peyvəndlənməsi fevral ayı ərzində keçiriləcək.

Daha çox xəbərlər