Hadisə 

Baldızlar birləşib Qəşəngi döydülər

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

ARANTV.AZ  Report-a istinadən məlumatına görə, hadisə Sabirabad kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1986-cı il təvəllüdlü Şabanova Qəşəng Asobəli qızı döyülüb. Qadına xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Məlumata görə, qadını baldızları döyüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər