Zəngilanım
Zəngilanın işğaldan azad olunması və Vətən müharibəsində böyük Zəfərimiz münasibətilə
Qurban olum torpağına
Yenə gəldim qucağına,
Sərin-sərin bulağına –
Zəngilanım, Zəngilanım
İlk məkanım, ilk məkanım.
Bəsit çayı, Oxçu çayı
Elə düşüb hay-harayı.
Xoş gələcək ilin, ayın
Zəngilanım, Zəngilanım
İlk məkanım, ilk məkanım.
Şux çinarlar məskənisən
Qəhrəmanlar Vətənisən!
Sən könlümün məlhəmisən –
Zəngilanım, Zəngilanım
İlk məkanım, ilk məkanım.
İbrahim Qıraq Müşlanlı (Əsədov),
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri

