Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Prezident tələbi: Heç kim özbaşınalıq edə bilməz

By Vüsal Rafiqoğlu
02.02.2021 6 Min Read

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərindən bəhs edərək  bir daha məmurların qarşısında bu tələbi qoydu ki, öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar

Hər bir  ölkənin bütün sahələr  üzrə inkişafında məmur-vətəndaş münasibətləri böyük rol oynayır. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm ölkəmizin dayanıqlı inkişafının  təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir.

Dövlətimizin başçısı İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə  öz şəxsi keyfiyyətləri,  nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, bunu dövlət idarəçiliyində olan  hər kəsdən   tələb edir.  Ölkə Prezidenti  vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını,  onlara  daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət  göstərilməsini və vətəndaş məmnunluğunun təminini məmurlar qarşısında ən vacib vəzifələr kimi müəyyənləşdirib. Yeniliyə, təkmilləşməyə daha çox meyilli olan Azərbaycanın brendi kimi nüfuz qazanan «ASAN xidmət», DOST layihələrinin həyata keçirilməsində də şəffaflığın qorunması, vətəndaş məmnunluğunun artırılması əsas hədəflərdəndir.

Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir.  Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb  operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin iş üslubuna çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin  yanvarın 18-də  Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlinin qoyulması,  vərəqə şüşə istehsalı müəssisəsinin açılışı mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində «Mənim, əlbəttə ki, əsas işim Qarabağ məsələsinin həlli və sentyabr ayından başlayaraq gedən müharibəyə Ali Baş Komandan kimi rəhbərlik etməyim idi. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin – Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur. Bu, təsadüfi deyil, bu, təbiidir. Ancaq, eyni zamanda, mən ənənəvi iş fəaliyyətimə də həmişə diqqət yetirmişəm» fikirləri bugünümüzün reallıqlarının aydın mənzərəsini yaradır. Belə ki, həmin müəssisələrin təməlinin qoyulmasının və açılışının ardınca fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının, Abşeron rayonunda “Xırdalan” yarımstansiyasının və  Abşeron rayonunda bir sıra sosial obyektlərin, Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirakı vətəndaş məmnunluğunun artırılmasının, ən əsası dövlətin daim vətəndaşının rahatlığını düşündüyünü nümayiş etdirir. Cənab İlham Əliyev daim bildirir ki, vətəndaşlar nə zaman görülən işlərdən razı olacaqlar, onda mən də razı qalacağam.

Son illər  yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamını təmin edir. Biz ölkənin istənilən bölgəsində bir təbii fəlakət baş verəndə Prezidentimizin vaxt itirmədən xalqın yanında olduğunu görürük. Dövlət başçısı hər dəfə problemlə yerində tanış olmaq və təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli üçün şəxsən özü hadisə yerlərinə baş çəkir. Bu, xalqımızın  bir daha öz seçimində yanılmadığını göstərən çox mükəmməl bir örnəkdir. Dövlət başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacib məsələdir. İkinci  Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi qələbəsi bir daha bu reallığı təsdiqlədi ki, dövlətini, xalqını sevən, hər an onun gələcəyi barədə düşünən cənab İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir, məğlubedilməzdir. Məhz Vətən müharibəsində Qələbəmiz cənab İlham Əliyevin adını tarixə qalib Müzəffər Sərkərdə, Azərbaycan xalqını məğlubedilməz, qürurlu xalq, ordumuzu rəşadətli, qalib ordu kimi yazdı. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq bütün vətəndaşların dövlətimizin başçısı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi Prezident-xalq sevgisini, həmrəyliyini nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin fevralın 1-də Azərbaycan Televiziyasına müsahibəsində də bir çox məqamlara işıq salınmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə  quruculuq və bərpa işlərinin insanların rahatlığını tam təmin edəcək şəkildə həyata keçirilməsi ilə bağlı səsləndirilən fikirlər Prezidentimizin hər bir vətəndaşının yanında olmaqla yanaşı, müstəqil Azərbaycanımızı daha güclü, qüdrətli dünyaya təqdim etməkdir.

Müsahibədə məmurların xoşagəlməz  hərəkətlərindən, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada rəhbərlik etdikləri qurumların filiallarının açılması müraciətlərinə münasibət bildirən dövlətimizin başçısı İlham Əliyev  «Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!» sərt çağırışı ilə onların qarşısında öz məsuliyyətlərini dərk etmələri tələbini qoydu:  «Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik.» Cənab İlham Əliyev bərpa işləri ilə bağlı görüləcək işlərə ictimai nəzarətin gücləndirilməsinin vacibliyini bildirir: «Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa, bilin ki, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək.»

Dövlətimizin başçısı İlham Əliyevin bu ərazilərdə idarəçilik sisteminin qurulması üçün imzaladığı Fərman da şəffaflığın qorunması,  işlərin nəzərdə tutulan vaxtda başa çatdırılmasına xidmət edir. Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində də  müvəqqəti yaradılan idarəetmə strukturlarına yönəldərək belə bir addımın atılması ilə əlaqədar özlüyündə yaranan «Nəyə görə» sualına cavab olaraq bildirmişdir ki, çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya: «İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır… Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Mən əminəm ki, biz buna nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin.”

Dövlətimizin başçısı  İlham Əliyev daim çıxışlarında  xoşagəlməz halların mövcudluğundan bəhs edərək bəyan edir ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcək.

Əvvəldə də qeyd etdiyimiz kimi, ölkə Prezidentinin  ictimaiyyət nümayəndələri ilə  hər görüşünə diqqət yetirdikcə onun səmimiyyətinin, insanların qayğıları ilə yaxından tanış olmasının və həlli istiqamətində atdığı addımların əhalidə nə qədər xoş ovqat, yüksək əhval -ruhiyyə yaratdığını görürük.  Hər zaman bu tezis irəli sürülür ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. Bu gün paytaxt və bölgələrə, kənd və qəsəbələrə diqqət yetirdikcə böyük inkişafın, tərəqqinin, sağlam rəqabətin şahidi oluruq. Təbii ki, atılan bu addımlar  insan amilinə xidmətdən irəli gəlir.

Azərbaycan xalqı dünyanı bürüyən pandemiyaya qarşı mübarizədə də ölkə Prezidentinin atdığı hər addımda əhalinin sağlamlığını, sosial müdafiəsinin gücləndirilməsini düşündüyünün şahididir. İlk gündən iş yerlərinin azaldılmayacağını, sosial layihələrin təxirə salınmayacağını bildirən dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə etməklə 10 yardım proqramını özündə ehtiva edir. Dövlətimizin həyata keçirdiyi məşğulluq və sosial dəstək tədbirləri  Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri tərəfindən də yüksək dəyərləndirilərək, Azərbaycanın bu qlobal bəladan az itki ilə çıxacağı böyük əminliklə ifadə olunur. Azərbaycan Televiziyasına müsahibəsində dövlətimizin başçısı İlham Əliyev koronavirus infeksiyasına qarşı mübarizədə Azərbaycanın həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirdiyi tədbirlər önə çəkilərək bildirmişdir ki, yeganə məqsəd bu mübarizədən az itki ilə çıxmaqdır. Karantin rejiminin dövrün tələblərinə uyğun olaraq yumşaldılması, yaxud sərtləşdirilməsi, insanların daha çox evdə qalmalarına çağırışlar edilməsi, özünütəcrid prinsipinə uyğun olaraq insanların sosial məsafəni gözləmələri, əlaqələrin  müasir dövrün imkanlarından istifadə edərək qurulması və sair kimi addımlar insanlara olan diqqət və qayğıdan irəli gəlir.

“Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Xalqımız tam əmindir ki, ölkə Prezidenti İlham Əliyevin,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər yüksək səviyyədə reallaşacaq. Ölkəmizin həyatında başlanan yeni quruculuq, bərpa dövrü başa çataraq həmin bölgələrin malik olduğu resurslardan səmərəli istifadə ölkəmizin hərtərəfli inkişafına böyük dəstək olacaq. İqtisadiyyatın şaxələndirilməsi üçün geniş imkanlar yaranır. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. İqtisadi aktivliyin təşviq olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur. Əsas hədəflərdən biri budur ki, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır, prioritetlər seçilməlidir. İlk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir. Bu baxımdan ki,  bu  torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var. İxrac potensialımız artırılmalı və şaxələndirilməlidir. Həm yeni bazarlar axtarılmalı, həm də kənd təsərrüfatı məhsullarının çeşidi artırılmalıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəngilanım

Next

Xidmət rəisi Cəbrayıldakı şirin su yataqlarından DANIŞDI

Xəbər lenti

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Son Yazılar

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv