SON DƏQİQƏ: Azərbaycanda poçt binası yanır – VİDEO
Tovuz rayonunda poçt binasında yanğın baş verib.
ARANTV.AZ 7news.az-a istinadən bildirir ki, hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Tovuz Rayon Şöbəsinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib.
İlkin məlumata görə, yanğın mühasibatlıq otağında yaranıb və hadisə kondisionerdən olub.

