Rusiya rekordu yeniləyib
2020-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayına qədər Rusiyadan digər ölkələrə 34,3 milyon ton taxıl ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 25 % daha çoxdur və indiyədək bazar tarixində ən yüksək göstəricidir. Məlumatı “Rusaqrotransa” analitik mərkəzinin rəhbəri İqor Pavenski açıqlayıb.
ARANTV.AZ “smotrim.ru” saytına istinadən xəbər verir ki, ölkənin buğda ixracatı rekordu da yenilənib-2020-ci ilin iyulundan 2021-ci ilin yanvarına qədər Rusiyadan xaricə 29 milyon ton buğda ixrac edilib.
Pandemiya əkin kampaniyalarına təsirsiz ötüşüb və planlar yerinə yetirilib.

