Sosial 

Vətən müharibəsində şəhid olan əsgər İmişlidə dəfn edilib – Foto

Vətən müharibəsində şəhid olan əsgər İmişlidə dəfn edilib.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində şəhid olan İmişli rayonu Əliqulular kənd sakini, 2000-ci il təvəllüdlü, əsgər İsmayılov Rəcəb Nəcəf oğlunun nəşi bu gün doğulduğu Əliqulular kəndinə aparılaraq torpağa tapşırılıb. Onun oktyabrın 30-da Laçının Güləbird kəndində gedən döyüşlərdə şəhid olduğu bildirilir.

R.İsmayılov ölümündən sonra “Cəsur döyüşçü” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Daha çox xəbərlər