Əfqanıstanda partlayış: ölən və yaralılar var
Əfqanıstanın qərbində partlayış baş verib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Herat əyalətinin Çeşt rayonunda səhər saatlarında törədilən partlayış nəticəsində dörd dinc sakin ölüb, üç nəfər yaralanıb.
Partlayışın təfərrüatı barədə məlumat yoxdur. Əsas şübhələr Taliban qruplaşmasına yönəlib.

