Bakıda “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
ARANTV.AZ xəbər verir ki, Pedaqoji Universitetdə “İnnovasiya,təhsilin keyfiyyəti və inkişaf” 4-cü beynəlxalq elmi konfrans keçirilir. Universitetin rektoru Cəfər Cəfərov pedaqoji kadrların hazırlanması və elmi tədqiqatların aparılmasının vacibliyindən danışıb. Qeyd edib ki, dövlət tərəfindən ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və infrastrukturun yeniləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Digər çıxışlarda təhsil sistemi, bu sahədə aparılan islahatlar, tətbiq olunan yeniliklər barədə məlumat verilib. Konfrans işini 5 bölmə üzrə davam etdirir. Sabah yekunlaşacaq elmi tədbirdə 200-dək məruzə dinləniləcək.

