Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan-İtaliya əməkdaşlığında yeni səhifə açılır – ŞƏRH

By Vüsal Rafiqoğlu
04.02.2021 3 Min Read

Azərbaycanla İtaliya arasındakı əlaqələr strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Prezident İlham Əliyevin fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən verilən bəyanatlar da iki ölkə arasındakı münasibətlərin dərinləşməsinin göstəricisidir.

Azərbaycanla İtaliya arasında əlaqələrin şaxələnməsinin bir neçə səbəbi var.

Birincisi, iqtisadi əlaqələrin tempindəki inkişafdır. Azərbaycanın ixrac indeksində İtaliya birinci yerdədir. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir.

İqtisadi əlaqələrin yeni fazası isə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının TAP boru kəməri ilə İtaliyaya çatdırılması ilə əlaqədardır.

2020-ci ilin noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra, kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılır. Bununla da Azərbaycanın iqtisadi cəhətdən Avropa coğrafiyasında üstünlükləri artır.

İkinci məqam isə bundan ibarətdir ki, İtaliya  Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi müddətdə və Vətən müharibəsində istər siyasi rəhbərlik, istərsə də parlament səviyyəsində konstruktiv mövqe nümayiş etdirib.

Hər iki ölkə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına daim hörmətlə yanaşıb.

Bu isə ikitərəfli əlaqələrə yeni nəfəs gətirib və münasibətlər özünün yeni mərhələsinə qədəm qoyub.

“İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir”, – Prezident İlham Əliyev görüşdə belə deyib.

Birgə Bəyannamədə nə yazılıb?

“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə 2014-cü ilin iyulunda imzalanıb, dekabrında isə Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Roma şəhərində qəbul edilmiş Birgə Bəyannaməyə əsasən, iki ölkə arasındakı əməkdaşlıq sahələrinin dairəsi genişlənir.

Bu cür strateji tərəfdaşlıq sahələrdəki məqsədlərə nail olmaq üçün gücləndirilmiş əməkdaşlığı ehtiva edir.

Sənəddə müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlıq nəzərdə tutulur. Belə ki, ikitərəfli səviyyədə müdafiə və hərbi-texniki əməkdaşlığı gücləndirmək qarşıya hədəf qoyulur.

Avro-Atlantika zonası ilə bağlı məsələlər də daxil olmaqla, siyasi-hərbi məsələlər üzrə yüksək mülki və hərbi səviyyələrdə mütəmadi məsləhətləşmələr təsis etmək də müdafiə sahəsindəki əməkdaşlıqda prioritetdir.

İtaliya Azərbaycanı münbit investisiya mühiti kimi nəzərdən keçirir

Münasibətlərin müsbət ruhu İtaliya şirkətlərinin Azərbaycanda iştirak səviyyəsini də yüksəldir və İtaliya Azərbaycanı münbit investisiya mühiti kimi nəzərdən keçirir.

Bu zamana qədər İtaliya Azərbaycan iqtisadiyyatına 800 milyon dollara yaxın, Azərbaycandan isə İtaliyaya 1,7 milyard dollar investisiya yatırılıb.

Hazırda “Maire Tecnimont” şirkətinin Azərbaycanda 200 nəfərə yaxın əməkdaşı var.

“Biz Azərbaycanı doğma ölkə hesab edirik və işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir. İlk vaxtlarda bizim heyət tamamilə italyanlardan ibarət idi, lakin tədricən heyətdə yerli əməkdaşların sayı artırıldı. Bu, daha bir vacib nailiyyətimizdir”, – bunu Prezident İlham Əliyevlə videoformatda görüş zamanı “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amato deyib.

“Biz təchizat zəncirimizdə getdikcə daha çox Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirik. Sonuncu layihədə bizim Azərbaycanda sərmayə baxımından iştirakımız 400 milyon avrodan artıq olmuşdur. Bu da daha bir vacib məsələdir. Bildiyiniz kimi, biz İtaliyanı xaricdə təbliğ edirik və Azərbaycanla bizim çox möhkəm münasibətlərimiz var”,-deyə o əlavə edib.

İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərində iştirak etməkdə də maraqlıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş – FOTO

Next

Üç şəhid ailəsi üçün kiçik bizneslər yaradıldı – FOTO

Xəbər lenti

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv