Avropa Parlamenti işğal olunmuş ərazilərə qanunsuz səfərləri pisləyir
ARANTV.AZ xəbər verir ki, Avropa Parlamentinin müdafiə və təhlükəsizlik üzrə alt-komitəsinin sədri Anna Fotiqa Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə Şərq Tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərə qanunsuz səfərlərlə bağlı müraciət ünvanlayıb. Müraciətdə Azərbaycan və digər ölkələrin işğal olunmuş ərazilərinə rəsmi icazə almadan qanunsuz səfərlər kəskin pislənilib. Bildirilib ki, bu qanunsuz səfərlər beynəlxalq hüququ pozur, qurumun beynəlxalq nüfuzuna zərbə vurur. Müraciətdə qanunsuz səfər edənlərin özlərinin də bir çox hallarda arzuedilməz şəxs elan edildiyi, həmçinin insanların həyatının təhlükə altına düşə biləcəyi vurğulanıb.

