Baş nazirdən mühüm QƏRAR
Nazirlər Kabineti “Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2000- ci il 15 fevral tarixli 21 nömrəli qərarda dəyişikliklər edib.
ARANTV.AZ xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, attestasiyadan keçmiş şəxs patent müvəkkili kimi attestasiyadan keçməsi barədə qərarla bağlı bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində patent müvəkkillərinin qeydiyyata alınması, şəhadətnamə verilməsi və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənədləri Əqli Mülkiyyət Agentliyinə təqdim etməlidir.
Şəhadətnamə müddətsiz verilir.
big.az

