Universitetlər hansı tələbələri dərsə çağıracaq?
Təhsil Nazirliyi bu gün universitetlərlə bağlı iclas təşkil edəcək.
ARANTV.AZ-ın məlumatına görə, iclasda universitetlərdə dərslərin necə keçiriləcəyi, hansı formada təşkil olunacağı haqqında müzakirələr aparılacaq.
Qeyd edək ki, universitetlər fəaliyyətini fevralın 15-dən bərpa edəcək. Dərslər əyani formada davam etdiriləcək./Modern.az

