“Dünyaya bir də gəlsəydim, yenə onu seçərdim”- Şəhid xanımından ÜRƏK DAĞLAYAN sözlər -VİDEO
Sosial şəbəkələrdə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidimiz Süleymanın həyat yoldaşı Şəlalənin müsahibəsi yayılıb.
ARANTV.AZ xəbər verir ki, Şəlalə şəhidlik zirvəsinə ucalan həyat yoldaşından danışarkən göz yaşlarına boğulub.
Bildirib ki, “O həyatda tanıdığım ən mükəmməl insan və mükəmmlə ailə başçısı idi. Deyirlər ki, mükəmməl insan yoxdur. Bu yalnış ifadədir, Süleyman istisnadır. Onun o qədər gözəl xasiyyəti var idi ki, sanki bir mələk idi. Çünki insan belə ola bilməz.
Süleyman həm ailəsinə , həm ana- atasına qarşı çox yaxşı idi. Həqiqətən mən dünyaya bir daha gəlsəm, bilsəm ki, oktyabrın 7- si Süleyman şəhid olacaq, yenə də onunla ailə qurub, tanış olmağı seçərdim.
Onun məndə iki yadigar var.Süleyman sonuncu dəfə telefonla mənimlə danışanda uşaqları mənə həvalə etdi. “Özünə yaxşı bax, uşaqlara yaxşı bax” dedi və getdi…
O, cənnəti satıın aldı, mən ona başqa ölüm yaraşdırmıram. O şərəfli, özünə layıq olanı seçdi. Yuxuma gəlir və mənə yanımda olduğunu hiss etdirir.Deyir ki, “Ölməmişəm, sağam”
Dörd aydır yoxdur onun ruhu ilə yaşayıram. Bəzən uşaqlarla o qədər xoşbəxt oluram.
Öz- özümə deyirəm ki, həmişə mən səni işdən gəlməyin üçün gözləyirdim, indi də sən cənnətdə məni gözlə. O, evə gələndə o qədər xoşbəxt olurdum ki, dəhşət. Gəlirdi evə Əkbərlə oynayırdı. Deyirdim “bir az dincəl”, deyirdi “mən Əkbərlə dincəlirəm”
Axırıncı dəfə bizi may ayında gəzməyə apardı.Tələsik dedi ki, “Şəlalə bir də zamanım olmayacaq”
Elə bil mənə bir ömür plan yazıb gedib. Onunla yazışmalara baxıram. O, mənə həyata davam etməyim üçün sanki işarə verirmiş. Axırıncı görüşdə böyük oğlumuz Əkbəri çoxlu öpdü, dedi ki, “Əkbərdən doydum, amma Həsəndən doymadım. Həsəni mənim yerimə öpərsən, qucaqlayarsan”
Həsən bizim ikinci oğlumuzdur, onu anadan olandan sonra cəmi bir dəfə görüb”.

