Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Xüsusi təyinatlı Beyrəyin qardaşı: “26-sı zəng etdi ki, başlayırıq…”

By Vüsal Rafiqoğlu
05.02.2021 5 Min Read

Qarabağ savaşında ermənilərin kabusuna çevrilmiş qəhrəmanlarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, 23 yaşlı şəhidimiz Beyrəkdir.

ARANTV.AZ axar.az-a istinadən bildirir ki, Beyrək Seyfullah oğlu Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi Malıx yaşayış sahəsində anadan olub.

Qardaşı Mahmud danışır ki, Beyrək ailədə 5 qardaşdan biri olub:

“Beyrək qardaşların içində hər şeyi ilə seçilirdi. Gülərüz olması uşaq yaşlarından hamının sevimlisinə çevrilməsinə səbəb olmuşdu. Toppuş yanaqları var idi. Balaca olanda evdə saxlaya bilmirdik. Şirin, həm də dəcəl uşaq idi. Dərslərini də mükəmməl öyrənirdi. Sanki Allah onu özəl yaratmışdı.

Uşaq yaşlarından mütaliəyə böyük maraq göstərirdi. Mark Tven sevimli yazıçısı idi. Kasıb olduğumuz üçün məktəb paltarı və ləvazimatları ala bilmirdi valideynlərimiz. Cavidan böyük qardaşının, Beyrək isə Cavidanın paltarlarını geyinib gedirdi məktəbə. Buna görə utanırdıq, amma bəlli etmirdik heç kimə. Onun geyimi həmişə təmiz və səliqəli olurdu. Üzərində çirk olmurdu heç vaxt. 12-13 yaşı olandan kənddə müxtəlif işlərdə işləyib evə kömək etməyə çalışırdı. Yoxsulluq ilə barışmırdı. Bizim üçün bayramlar çox önəmli idi. Yeni il, Novruz bayramı, Qurban bayramı və s. Yeni ildə il ərzində bir dəfə olan şey baş verirdi. Biz naringi yeyirdik. Nə ondan əvvəl ala bilirdik, nə də sonra. Novruz bayramında paxlava, Qurban bayramında isə ət yeyirdik. İlin qalan vaxtları bu yoxsulluq ilə yaşamalı olurduq. Ancaq çox xoşbəxt idik. Bol-bol gülür, zarafat edirdik. Onun özəl gülüşü var idi. Dünyada heç kim onun kimi gözəl gülə bilməzdi”.

Mahmud deyir ki, Malıx massivində məktəb doqquzillikdir, 10-11-ci sinfi oxumaq üçün gərək ya Oğuza, ya da digər kəndə gedəsən:

“Beyrək də adını Oğuz rayonunda olan məktəbə yazdırdı. Magistral yola qədər 12 km var. İmkansız ailə olduğumuz üçün Beyrəyə yol pulu verə bilmirdik. Özü də istəmirdi o pulu. Piyada o yolu gedib qayıdırdı. Elə o vaxtdan xüsusi təyinatlı kimi yetişirdi. Uşaq olanda dostları ilə çəyirtkə yeməkdən mərcə durub, həmişə də qalib gəlirdi. Meşədə, dağda, daşda, çayda böyüyüb. Ona görə XTQ üçün hazır idi.

Biz 5 qardaş üçün “ailə hər şeydir” prinsipi çox vacibdir. Təkotaqlı evdə darısqallıq və yoxsulluq bizi bir-birimizə sıx birləşdirmişdi. Beyrək həmişə deyirdi ki, bir gün mütləq bu yoxsulluqdan xilas olacağıq. Yetər ki, bir olaq. Çox sıx bağlanmışdıq, yumruq kimi birləşib birgə çalışırdıq. Qəbul imtahanında yüksək bal topladı. Türkiyəyə qəbul olmuşdu. Maddi imkansızlıq ucbatından təhsili atdı. 2015-ci ildə hərbi xidmətə yollandı. Naxçıvan şəhərində N saylı hərbi hissədə xidmətə başladı. HHM-də əsgər idi. Nümunəvi xidmətinə görə hərbi hissə komandanlığı qanuni 10 günlük məzuniyyətindən əlavə Beyrəyə daha 10 gün məzuniyyət hədiyyə etmişdi.

Əsgərlik müddətində bir dəfə belə ziyarətinə getmədik. Özü də razı deyildi. 2016-cı il oktyabrda xidmətini bitirib tərxis oldu. Evə gələndən isə deyirdi yenidən qayıdacam hərbiyə. Burda darıxıram. 2017-ci ildə Mingəçevir şəhərində N saylı hərbi hissədə, kəşfiyyat-həmlə bölüyündə xidmətə başladı. Amma bir arzusu var idi. O xüsusi təyinatlı olmaq istəyirdi. Orada 9 ay xidmət etdikdən sonra SAT komando kurslarından seçim gəldi. Beyrək də adını yazdırdı. Bütün normalara uyğun gəlirdi. Boy, çəki, fiziki hazırlıq, savad və s. 6 aylıq SAT kurslarını uğurla başa vurdu və Tərtərdə N saylı hərbi hissədə xüsusi təyinatlı bölükdə (XTB) xidmətə başladı. 1 ildən çox orada qüsursuz xidmət etdi.

Beyrək sağlamlığına xüsusi diqqət edirdi. Dişlərini gün ərzində 2 dəfə təmizləyirdi, enerji içkiləri və spirtli içkilərə qarşı idi. Siqaretə nifrət edirdi. Sağlam qidalanmağına və idmanına xüsusi diqqət edirdi həmişə. Hər ay evə pul göndərirdi. Oğuzda 6 sot yer almışdı və orada böyük ev tikmək istəyirdi. Deyirdi, bütün qardaşlar orda xoşbəxt yaşayarıq. Futbol izləyərik, PlayStation oynayarıq, uşaqlarımızı böyüdərik.

“Liverpul” fanatı idi Beyrək. Hətta mənə görə ən böyük “Liverpul” azarkeşi idi. Dəlicəsinə. Amma heç vaxt “Liverpul” forması almadı özünə. Əlində olan pulu evə göndərirdi. Son 2 ildə biz onun üzünü heç doyunca görə bilmədik. 2019-cu ilin yanvar ayında gəlmişdi. Bircə dəfə onda gördük”.

Qardaşı deyir ki, Beyrək tam bir “hərb dəlisi” idi. Formanı əynindən çıxaranda darıxdığını deyirmiş. Deyirmiş, o forma dünyanın ən şərəfli formasıdır:

“Döş cibində də həmişə Azərbaycanın şanlı bayrağı olurdu.

Ailə qurmaq istəyirdi, pandemiya imkan vermədi. 9 ay idi nişanlı idi. Qız atası olmaq arzusundaydı. Adlarını belə düşünmüşdü.

2020-ci ildə sənədlərini toplayıb XTQ-yə (Yaşma) təqdim elədi. 6 aylıq amansız və ağır kursu uğurla başa vuraraq XTQ-də xidmətə başladı. Müharibə başlamamışdan əvvəl sol əlində 2 yerdə sümüyü qırılmışdı. Əlində gips var idi. Sentyabrın 23-ü əlindəki gipsi cırıb çıxarıb ki, qardaşlarım döyüşə girən vaxt mən burda gözləyə bilmərəm. 2-ci Qarabağ müharibəsində ilk gündən iştirak edib. Sentyabrın 26-sı axşam evə zəng elədi ki, bəs, sabah saat 6-da başlayırıq: “Mənə nəsə olsa, kartının kodunu, telefonun ekran kilidinin kodunu və XTQ-də sinə nömrəmi Votsapda yazmışam. Haqqınızı halal edin”.

Müharibə başlayandan 3 gün sonra zəng vurdu. Çox narahat idik ona görə. Baxmayaraq ki, 2 qardaşım da müharibədə idi – Cavidan və Oruc. Ancaq biz daha çox Beyrək üçün narahat idik, çünki o ən öndə gedənlərin içində idi və gözündə qorxu yox idi. Zəng vuranda soruşdum ki, özünü necə hiss edirsən? Dedi hər şey yaxşıdır, amma burdan sağ qayıdacağıma inanmıram. Hamısını qıracağıq ermənilərin. Dedim qorxursan? Dedi dəlisən? Nə qorxmaq? O şərəfsizlər bizdən qorxur. İlk dəfədir bu qədər torpağı geri qaytarmışıq. Axıra kimi gedəcəyik. Dedi, mənə nəsə olsa, başınızı dik tutun. Sonra da dedi, haqqınızı halal edin!

3 oktyabr 2020-ci ildə, Füzulinin kəndində gecə təxminən 2-3 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 45 ermənini məhv edib. 2 şəhid veriblər. O 2 şəhiddən biri Beyrək olub. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, daha artıq dözə bilməyib və şəhid olub. Yanında döyüşən uşaqlar deyir ki, ümumi 30-a yaxın erməni məhv edib, süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. Şəhid olmamışdan 2 gün əvvəl, XTQ-də yaxın döyüş yoldaşı ilə 2 nəfərə düşmənə məxsus BMP-ni içindəki şəxsi heyətlə birgə partladıblar. Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi.

Nəşi Oğuz rayonuna gələndə komandiri zəng vurub, “onu səl qəhrəman kimi dəfn edin. Çünki o qəhrəman idi” tapşırığını verdi”.

Qeyd edək ki, şəhidimiz oktyabrın 5-i Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə B.Fəzullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zamiqin oğlunun bu VİDEOSU izləmə REKORDU QIRDI

Next

Qütb parıltısının yaranma səbəbi nədir?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv