Maraqlı 

Buludlar havada necə qalır?

Məlum bir yüksəklikdə hava soyuduğunda buxar sıxlaşaraq su damlalarına çevrilir və buludları yaradır.

ARANTV.AZ türk mediasına istinadən xəbər verir ki, buxarlanan suyun göyə qalxmasının səbəbi yüngül olmasıdır. Ortalama bir kub metr buludda yalnız 0,5 qram su var. Bu su kiçik hissəciklər şəklində qaldıqca bulud yerdən qalxan isti hava ilə göydə qalmağa davam edir. Hissəciklər birləşib lazımi böyüklüyə çatdıqda, yerin cazibə qüvvəsinin təsirindən yağış şəklində yerə düşürlər. Hava azot və oksigen qarışığından ibarətdir və bir kubmetr havanın sıxlığı 1, 225 kq / m3-dir. Su buxarı bir oksigen və iki hidrogen atomdan ibarət olub çox daha yüngüldür. Orta hesabla 0,804 kq / m³-dir. Buna görə buludların ümumi çəkisi, tonlarca olsa belə, göydə asılı qalır.

Daha çox xəbərlər