Dünya 

Rusiyada koronavirusdan ölənlərin sayı 75 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 3,93 milyonu keçib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 16 688 nəfər virusa yoluxub, 527 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 934 606 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 75 732 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 413 495 şəxs virusdan sağalıb, 445 379 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər