Cəmiyyət 

Azərbaycanın milli uşaq strategiyası Nazirlər Kabinetinə təqdim edilib

“Azərbaycan Respublikasının milli uşaq strategiyası hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib”.

ARANTV.AZ  Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, həmin layihəyə bütün dövlət qurumları baxıb: “Biz Nazirlər Kabinetinin 2019-cu ildə həmin layihəni təsdiqləyəcəyini gözləyirik”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədləri ilə bağlı öhdəlik götürüb.

Daha çox xəbərlər