Qazaxda yol qəzası olub, iki nəfər xəsarət alıb
Qazax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, Xanlıqlar kənd yolunda qeydə alınan hadisə zamanı iki nəfər, 1985-ci il təvəllüdlü Arifə Qarayeva və hələlik adı məlum olmayan bir nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.“Report”

