“Qəbələ”nin sabiq futbolçusundan sevgilisinə ad günündə gözlənilməz sürpriz – VİDEO/FOTO
“Qəbələ”nin sabiq futbolçusu Dodo maraqlı hərəkəti ilə yadda qalıb.
ARANTV.AZ Oxu.Az-a istinadən xəbər verir ki, 33 yaşlı braziliyalı futbolçu latviyalı sevgilisi Yekaterinanın ad günündə onun qucağına çıxıb.
Qeyd edək ki, əsl adı Luiz Paulo İlario olan Dodo 2011-2016-cı illərdə “Qəbələ”də çıxış edib. O, Azərbaycan çempionatında 131 oyuna 23 qol vurub. O, 2019-cu ilin yanvarından Latviyanın “Liepaya” klubunun üzvüdür.

