“Sənsizlik ağır dərd oldu bizə, qardaşım…” – Şəhid bacısı
Vətən müharibəsinin qəhrəmanlarından olan Bəxtiyar İslamovun ailəsi onun yoxluğuna alışa bilmir.
ARANTV.AZ xəbər verir ki, şəhidimizin bacısı anası ilə onun fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb:
“Can qardaşım, sənsizlik bizə necə ağır dərd oldu. İnan, hərdən gözlərimi yumuram, deyirəm, nə olar, Allahım, bir yuxu ola, biz də bu yuxudan oyanaq…”.
Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Bəxtiyar İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar İslamov oktyabrın 12-də Xocavənd döyüşləri zamanı Hadrut istiqamətində şəhid olub. Şirvan şəhərində dəfn olunub.







