Hadisə 

Bakıda əməliyyat – Keçmiş polis rəisinin meyiti tapıldı

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

ARANTV.AZ  xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Orada aşkarlanan 1949-cu il təvəllüdlü Babayev Zülfü Cəmaləddin oğlunun meyitini aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, vəfat edən şəxs uzun illər polis sistemində çalışıb və bir sıra rayonların polis rəisi olub.Publika.az

Daha çox xəbərlər