Rusiyada qar taxıl anbarının damını uçurdu: 4 nəfər öldü
Rusiyanın Altay diyarında qar taxıl anbarının damını uçurub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçqun altında ümumilikdə 8 nəfər qalıb, onlardan 4-ü ölüb.
Xəsarət alanlardan bir nəfəri xəstəxanaya yerləşdirilib, digərləri isə tibb müəssisəsinə yerləşdirilməkdən imtina ediblər.

