“Mənim təhsilim olmasa da, mahnı bəstələyirəm” – Ədalət Şükürov
Əməkdar artist Ədalət Şükürov maraqlı açıqlaması ilə diqqət çəkib.
ARANTV.AZ xəbər verir ki, o musiqi təhsilinin olmaması ilə bağlı açıqlama verib.
“Mən tək qalanda”, “İtirdim”, “Qoca çinar”, “Ay qız keçmə bizim məhlədən” kimi bir çox mahnılarım var.
Kommersiya mahılar ayrıdır. Amma mənim istədiyim 50 faiz mahnı var ki, sırf kommersiya maraqlarından uzaqdır.
Cavan müğənnilərə həmişə demişəm ki, nə edirsiz edin,100 ildə keçəndən sonra mahnının sözlərində kimsə səhv tapmasın.
Bir məqamı da qeyd edim ki,var həvəskar bəstəkar, var da təhsilli bəstəkar.
Məsələn mən Konservatoriyanı bitirməmişəm, amma mahnı yazıram.

