Rusiya İsveç diplomatını deportasiya edib
Moskva isveçli diplomatı ölkədən qovub.
ARANTV.AZ xəbər verir ki, bu haqda İsveçin SVT dövlət telekanalı İsveç XİN-ə istinadən məlumat yayıb.
Məlumata əsasən, diplomatın deportasiya edilməsi Moskvanın İsveç hökumətinə cavab addımı olub. Belə ki, bir müddət əvvəl İsveç iki rusiyalı diplomatın viza ərizəsini rədd etmişdi.
İsveç XİN Moskvanın bu qərarına təəsüfləndiyini bildirib.oxu.az
