Hadisə 

Yazıçı-şair Əjdər Ol saxlanıldı

Yazıçı-şair Əjdər Ol (Əjdər Cəbiyev) saxlanılıb.

ARANTV.AZ xəbər verir ki, bu barədə “kulis.az”a Əjdər Olun qardaşı Şahəli Cəbiyev məlumat verib.

O bildirib ki, qardaşı ötən həftənin cümə günü saxlanılıb.

Xatırladaq ki, Əjdər Ol vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib.

Ötən həftə S. Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əjdər Ol da Səlim Müslümovla uzun müddət birgə işləyib və onun yaxın adamlarından biri kimi tanınıb.

Daha çox xəbərlər