Kriminal 

Yevlaxda 18 yaşlı gənc həmyaşıdını qətlə yetirib

Yevlax rayonunda 18 yaşlı oğlan həmyaşıdını öldürüb.

ARANTV.AZ Report-a istinadən məlumatına görə, Yevlax şəhər sakini, 18 yaşlı Əhmədli Ağa Mehman oğlu həmyaşıdı Nərimanov Namiq Yelmar oğlutərəfindən altı bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Daha çox xəbərlər