Azərbaycanda 3 uşağını atan ana DANIŞDI: “Başqa çıxış yolum yox idi”
Xəbər verdiyimiz kimi, Azərbaycanda ana 3 azyaşlı uşağından imtina edərək, onları uşaq evinin qarşısında qoyub gedib.
Bu barədə Atv telekanalının “Bizimləsən” layihəsində izləyicilərə məlumat verilib.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, ana efirdə gedən sujetdən sonra verilişə gəlib. O açıqlamasında “Qalmağa yermiz yox idi. Uşaqlarımı çarəsizlikdən dövlətin himayəsinə buraxmışam. Mən balalarımı atmamışam. Ev kirayələyə bilmədim. Özüm kirayədə qalan adamın uşağına baxıram və onlarda qalıram. Başqa çıxış yolum yox idi. Nə qədər kirayə axtardım, yalvardım, 3 uşaqla mənə kirayə evi heç kim vermədi. Övladlarımdan ayrılandan 3 ay keçib. Heç kəsə dərdimi deyə bilmədim. Hamıdan qaçdım,utandım”
Qeyd edək ki, ananın sözlərinə görə o 14 yaşında qaçırılıb, 15 yaşında ana olub. Hazırda 5 uşaq anasıdır.
Həmçinin qeyd edilir ki, uşaqlarını atan ana Quba rayonunun kəndlərindən birində yaşayırmış.

