Rusiya səfiri bu institutun Azərbaycanda filialının açılması haqda danışdı
“Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycanda filialının açılması prosesi irəliləyir”.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.
O bildirib ki, hazırda filialın açılması ilə bağlı İnstitutla Azərbaycan tərəfi arasında danışıqlar davam etdirilir:
“Bu məsələ irəliləyir. Digər iki universitet də bunun üçün müraciət edib. Hələ qarşıda birbaşa danışıqlar prosesi olacaq. Ümid edirik ki, 2019-cu ildə digər iki universitetlə də bağlı irəliləyişlər olacaq”.
Qeyd edək ki, bir müddət əvvəl Mixail Boçarnikov Azərbaycanda 3 Rusiya universitetinin – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin filiallarının açılacağını demişdi.

