Ali Məhkəmənin növbəti Plenumunda 108 hakim and içib
ARANTV.AZ xəbər verir ki, Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədi ilə ölkə başçısının Sərəncamına əsasən, növbəti dəfə hakim ştatlarının sayı artırılıb. Ali Məhkəmənin növbəti Plenumunda 108 hakim and içib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sistemində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron idarəetmənin həyata keçirilməsi üzrə ardıcıl tədbirlər bütün məhkəmə sisteminin fəaliyyətinə müsbət təsirini göstərib. Ali Məhkəmənin sədri Ramiz Rzayev belə dedi. Bildirdi ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin inkişafı ilə əlaqədar reallaşdırılan mühüm tədbirlərin tərkib hissəsi olan yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati işlər həyata keçirilir. Çoxmərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim prosedurlarında, o cümlədən test üsusu ilə, habelə, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 108 nəfər hakimliyə namizəd bir illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurublar. Ali Məhkəmənin sədri Plenumda hakimliyə namizədlərin yüksək bilik və peşə vərdişi nümayiş etdirərək hakim vəzifələrinə təyin olunmalarını yüksək qiymətləndirdi və onların üzərinə böyük məsuliyyət qoyuldugunu vurğuladı. İclasda respublika məhkəmələrinə yeni təyin olunmuş 108 nəfər hakim Məhkəmələr və Hakimlər haqqında Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacağına mağına and içdilər.
Çıxış edənlər yeni təyin olunmuş hakimlərə ədalət mühakiməsini həyata keçirərkən daim qanunun aliliyini təmin etmələrini tövsiyyə etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

