Dünya 

Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə təlim keçiriblər

Suriyanın İdlib əyalətində rusiyalı və türkiyəli hərbçilərin birgə təlimi keçirilib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, təlimlər zamanı birgə patrulun hərəkət qaydası, patrula mümkün hücumların qarşısının alınması, yaralıların təxliyə olunması və pusqu şəraitində hərəkət qaydaları sınaqdan keçirilib.

Qeyd edək ki, Rusiya və Türkiyə hərbçilərinin İdlibdə birgə patrul missiyası ötən ilin iyulundan başlayıb.

Daha çox xəbərlər