Açıq havada yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz
“Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz”.
ARANTV.AZ xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, vətəndaşlar sosial ərazilərdə olan zaman maska taxmalıdırlar: “Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında açıq havada maska taxmağın məcburi olduğu vurğulanır.

