Hadisə 

Anasının özünü asdığını görərək tez ipi kəsdi…Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ

Göyçay rayonunda intihar hadisəsi baş verib.

ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, dekabrın 20-də rayonun Xəlitli kəndində yaşayan 1960-cı il təvəllüdlü Həmidova Validə Abduləli qızı yaşadığı evdə özünü asıb. Qızı anasının özünü asdığını görərək tez ipi kəsib və onu Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıb. 4 gün reanimasiya da qalan qadının həyatını xilas etmək mümkün olmayıb. Validə Həmidova dekabrın 24-də vəfat edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Daha çox xəbərlər