Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Papaqatdı, tonqal…-deputatların Novruz xatirələri

By Vüsal Rafiqoğlu
19.03.2026 3 Min Read

Martın 20 və 21-də Azərbaycan xalqı milli bayram olan Novruz bayramını qeyd edəcək. Martın 20-si yaxınlaşdıqca havada qəribə bir istilik, tanış bir qoxu dolaşır. Sanki uşaqlıq illərindən gələn xatirələr yenidən canlanır. Novruz hər bir azərbaycanlı üçün ömürlük xatirələrlə yadda qalır. Hər kəs üçün fərqli, amma eyni dərəcədə doğma olan bu günlər, illər keçsə də yaddaşlardan silinmir.

Musavat.com Milli Məclisin bir neçə deputatına müraciət edərək Novruz bayramı ilə bağlı yaddaqalan xatirələrini soruşub.

Elçin Mirzəbəyli YAP-a üzv olub?

Milli Məclisin deputatı Elçin Mirzəbəyli cənub bölgəsində doğulduğu üçün o bölgənin adətlərini xatırlayıb:

“Novruz bizim ən sevimli milli bayramımızdır. Yeganə bayramdır ki, Azərbaycan xalqına məxsus bütün folklor nümunələri öz əksini tapır. Eyni zamanda Novruz bayramı xalqımızın dünyagörüşünü ifadə edir. Əksər türk xalqlarının Novruz bayramını milli bayram kimi qeyd etməsinə baxmayaraq, məhz azərbaycanlılara məxsus Novruz adət-ənənələri daha fərqlidir və daha fəlsəfidir. Bu da xalqımızın dünyagörüşünün nə qədər geniş olmasından, təbiətlə həmahəng olmasından xəbər verir. Mən cənub bölgəsində doğulmuşam. Orada Novruz adət-ənənələri, xüsusilə çərşənbələr geniş qeyd olunurdu. Mənim ən çox sevdiyim Su çərşənbəsi idi. Çünki fərqli ovqat yaranırdı. Xatırlayıram ki, sübh tezdən, dan yeri yenicə ağaranda çaya, yaxud bulaq başına gedirdik. İnanclara görə, su yenilənirdi. Biz özümüzlə apardığımız saxsı qablarda su götürürdük, evə gətirirdik və o suyu həyət-bacanın hər yerinə səpələyirdik ki, həyat və həyət dirçəlsin. O atmosfer tamam fərqli idi, sadəcə sözlə şəklini çəkmək mümkün deyil. Ən çox sevdiyim o adətin yaratdığı atmosfer idi, insanların bir-birinə münasibəti fərqli idi. Onu da qeyd edim ki, böyük tonqallar yalnız bayram şənliklərində yandırılırdı. Həyətlərdə isə əsasən saman yandırırdılar. Bunun  simvolik anlamı var idi çünki təbiət yenidən canlanır, hər yer yaşıllaşır, artıq köhnə ilə-samanla vidalaşırdılar. Təəssüf ki, müəyyən zaman keçdikdən sonra adət-ənənələrin bəziləri deqradasiyaya uğrayıb. Amma düşünürəm ki, ilk növbədə Novruzun fəlsəfəsini yaşatmalıyıq çünki burada milli identikliyimizin kodları gizlənir, bu kodları qorumaq lazımdır”.

Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ | Modern.az

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə qeyd edib ki, uşaqlıq illərinin ən çox yadda qalan xatirəsi bayram süfrəsi ilə bağlıdır:

“Hər Novruz bayramı mənim üçün həyatımın ən işıqlı xatirəsidir. İki xatirəmi xüsusi vurğulamaq istərdim. Rəhmətlik nənəmlə, rəhmətlik anamın Novruz aşını hazırlaması yaddaşıma həkk olunub. İndiyə kimi, hər Novruz bayramında bunu xatırlayıram. Qonşularımızın ikisi də rus ailələri idi. Bayram aşı hazır olduqdan sonra birinci onlara pay verirdik. Yaxınlıqda yaşayan əmimgil və imkansız ailəyə də bir boşqab verirdik. Evimizdə süfrə yerdən salınırdı, süfrə arxasında otururduq, birinci boşqab aş evin ən kiçiyinə verilirdi. Biz 6 uşaq olmuşuq, yemək ən son nənəmlə anama çatırdı. İkinci xatirəm isə hərbi xidmət dövrünə aiddir. 1980-1982-ci illərdə Moskva yaxınlığında hərbi xidmətdə olmuşam. Qulluq etdiyim hərbi hissədə azərbaycanlılar yox idi. İlyarım hərbi xidmətdə azərbaycanca danışa bilmədim. Amma 21 martda hərbi hissədə səhərdən-axşama qədər düşündüm ki, bu gün Novruz bayramıdır, evimizdə aş bişəcək, evimizin qarşısındakı parkda tonqal qalanacaq, bişən aş paylanacaq, papaq atılacaq və s. Bütün gün bunu fikirləşdim. Novruz bayramı xalqımızın ən gözəl bayramlarından biridir”.

CROSSMEDIA - Milli Məclisin deputatı Azər Badamov Moskva aeroportunda  saxlanılıb və deport edilir

Deputat Azər Badamov da Musavat.com-la bayram təəssüratlarını bölüşüb:

“Novruz bayramı uşaqlıq illərində ən çox gözlənilən və yaddaqalan milli bayramdır.  Uşaq vaxtı bu bayrama xüsusi hazırlaşardıq. Papaq atmaq, əlində bir torba tutub qapıları gəzmək, tonqal yandırmaq kimi xatirələr unudulmazdır.  Novruzda evlərə bayramlaşmağa yaxınlar gələrdi, adət-ənənələrlə bağlı şirin söhbətlər edilərdi və biz də maraqla dinləyərdik. Deyə bilərəm ki, bizim dövrün uşaqlığı indikindən tamamilə fərqli idi. Çünki, məhəllənin uşaqları bir yerdə bayram sevincini yaşayardıq. İndi isə internet, sosial şəbəkələr və  özünə qapanma bütün adət ənənələri unutdurur”.

Nigar Həsənli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Next

Marketlərdə bayram qiymətləri-REPORTAJ, FOTOLAR

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv