Siyasət 

Kolumbiya parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılmasını tələb edir

ARANTV.AZ xəbər verir ki, Kolumbiya parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Sənəddə Kolumbiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanır. Kolumbiya tərəfi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğalından, habelə Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qalmasından narahatlığını qeyd edir. Qətnamədə Ermənistanın bu təcavüzkarlıq siyasəti pislənir və dünya ictimaiyyəti bu hadisələri insanlığa qarşı cinayət kimi qiymətləndirməyə çağırılır. Sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilən ərazilərindən qeyd-şərtsiz çıxarılması və Azərbaycanın qaçqın və məcburi köçkünlərinin öz doğma torpaqlarına dərhal qayıtması üçün şəraitin yaradılması tələb olunur.

Daha çox xəbərlər