İxracatçı sahibkarlara “2019 İxraca dəstək” layihəsi təqdim olunub
ARANTV.AZ xəbər verir ki, ümumi qeyri-neft ixracının 10%-dən artıq hissəsinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin dəstəyi ilə həyata keçirilib. Bu barədə ixracatçı sahibkarlara “2019 İxraca dəstək” layihəsinin təqdimatında bildirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ixracatçı sahibkarlara təqdim olunan “2019 İxraca dəstək” layihəsi yerli istehsalçılara bir sıra üstünlüklər vəd edir. Belə ki, gələn il ixrac gömrük bəyannamələrinin tərtib olunması da daxil olmaqla, yerli istehsalçılarımız ixrac üzrə gömrük xidmətlərinin əksəriyyətini ödənişsiz həyata keçirə biləcəklər. İxracatçı sahibkarlara “2019 İxraca dəstək” layihəsinin təqdimatında ixrac gömrük bəyannamələrinin doldurulması istiqamətində maarifləndirici təlimlərin keçiriləcəyi bildirildi. Eyni zamanda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarların “My Broker” Gömrük Təmsilçiliyi şirkətinin ödənişsiz əsaslarla xidmətlərindən danışıldı. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Prezident İlham Əliyevin ölkəmizdə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat verdi. Bildirdi ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi son bir il ərzində Azərbaycanın ixrac siyasətindən önəmli rol oyanıb. Ümumi qeyri neft ixracının 10%-dən artıq hissəsinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin dəstəyi ilə həyata keçirilməsi buna əyani sübutdur.
“My Broker” gömrük təmsilçiliyinin direktoru Rəşad Əliyev qeyd etdi ki, təlim ixracatçılar üçün mühüm əhəmiyyət daşıyır. Çünki bu təlim onların xarici ticarət fəaliyyətlərlərini stimullaşdıracaq. ASAN Kommunal və funksional xidmətlərlə iş departamentinin müdiri Vüsal Rüstəmov da bu təlimi və ixracatçılar üçün həyata keçirilən layihələrdən danışdı.

