Nobel prospektinin çökmə səbəbi AÇIQLANDI – FOTO
Bir neçə gün öncə Nobel prospektində, “Azərneftyağ” neft emalı zavodunun qarşısındakı çökmə baş verən yolda problem artıq aradan qaldırılıb.
ARANTV.AZ xəbər verir ki, bunu trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, problem dekabrın 23-də aradan qaldırılıb:
“Yolun çökməsi bir neçə gün öncə baş verib, həmin ərazidə yaranan problem artıq aradan qaldırılıb. Yolun çökməsinə səbəb həmin yerə suyun sızması olub. Hazırda mütəxəssislər tərəfindən suyun ora hansı yol ilə sızmasının səbəbləri araşdırılır”.


