Hadisə 

Bərdənin Qaradəmirçi sakinləri ölümdən döndülər

Zərbəyə tuş gələn avtomobilin arxa hissəsi tamam parçalanaraq, yararsız hala düşüb

 

Mehdili kəndindən Xanağalı istiqamətinə yolu keçid edən 06 markalı avtomobil qarşı tərəfdən sürətlə  gələn Toyota Avalonun zərbəsindən qurtula bilməyib.Nəticədə Zərbəyə tuş gələn avtomobilin arxa hissəsi tamam parçalanaraq, yararsız hala düşüb.ARANTV.AZ-ın müxbirinin əldə etdiyi məlumata görə “Toyota Avalon”u idarə edən Gəncə şəhər sakini olub. Digər vurulan maşında isə olan üç nəfər, Pərvin, Elxan,Taleh adlı şəxslər Bərdə rayon Qaradəmirçi kənd sakinləri olublar.

Ağdam rayondan məcburi köçkün, Qaradəmirçi kəndində məskunlaşmış , Elxan adlı şəxsin   idarəetdiyi  “Jiquli 06” markalı avtomobildə olan Taleh Hacıyev maşının arxa oturacağında olduğundan zərbənin hədəfində olub. Xəstəxanaya çatdırılanda qabırğa sınığı müəyyən edilib. Səhhətinin orta ağır olduğu bildirilir. Avtomobildə olan digər iki nəfər  hər hansı bədən xəsarəti  almayıblar.

Digər “Toyota Avallon” avtomobili ciddi xəsarət almayıb. Sürücünün həyatı üçün hər hansı bir təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər