Dünya 

Yerevanda növbəti etiraz aksiyası başlayıb

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbətii etiraz aksiyası başlayıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, aksiyanı vahid müxalifət təşkil edib.

Aksiya Yerevanın mərkəzindəki Azadlıq meydanında keçirilir. Etirazçılar N.Paşinyanın dərhal vəzifədən getməsini tələb edir.

Aksiya təşkilatçıları fevralın 20-də daha böyük mitinqin təyin olunduğunu bildirib.

Daha çox xəbərlər