Qədim sürünənlərin yeni növü kəşf edildi
Argentinada alimlər dinozavrların müasirləri hesab edilən rinxozavrların yeni növünü kəşf ediblər.
ARANTV.AZ “CTyS-UNLaM” agentliyinə istinadən xəbər verir.
“Argentinanın paleontoloqlar komandası 230 milyon il əvvəl yaşamış otyeyən sürünənlərdən olan “Elorhynchus carrolli”ni təqdim etdi”, – xəbərdə deyilir.
Sürünən müasir heyvanların bədən quruluşunu xatırladıb.
Yeni növ qazıntı işlərində iştirak etmiş bioloq Eloiza Arqanyasın şərəfinə adlandırılıb. O, 2014-cü ildə vəfat edib.

