“Onun videoları yayılıb”- Azərbaycanda kişi keçmiş arvadını BİABIR ETDİ
Atv telkanalının ‘Bizimləsən” layihəsində izləyiciləri şok edən açıqlama olub.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, açıqlamanı verilişə üz tutan Mətanət adlı qadının keçmiş həyat yoldaşı verib. Belə ki, o, canlı efirə qoşularaq keçmiş xanımı və olanlar barədə “Mən vərəm xəstəsiyəm. Türməyə düşəndə Mətanəti şikəst anamın yanında qoyub getmişəm. Amma o kafedə əlində “rumka” da çıxdı, onun videoları yayılıb. Mənə dedilər ki, onun videosu var, istəyirsiniz sizə göndərək” deyib.
Canlı yayımda bunları deyən kişi aparıcıya həmin videoları göstərəcəyini də bildirib.
Qeyd edək ki, cütlüyün üç övladı var.

