Gəncədə arvad ərini bıçaqladı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.1985-ci il təvəllüdlü Məmmədov Nicat çənə nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Xəstənin yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib.Faktla bağlı araşdırma aparılır.

