Dünya 

Kolumbiyada avtobus dərəyə aşıb, ölənlər var

Kolumbiyada kəndliləri daşıyan avtobus dərəyə aşıb.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə Boyaka departamentinin polis rəisi Fernando Triana bildirib.

Onun sözlərinə görə, avtobusun 150 metr dərinlikdə dərəyə aşması ntəicəsində 8 nəfər həlak olub. Avtobusda ümumilkdə 19 nəfərin olduğu bildirilir.

Qeyd edilir ki, qəzada ölən sürücünün 80-dan çox yaşı olub. Bununla əlaqədar qəzanın mümkün səbəblərindən biri kimi sürücünün yaş və sağlamlıq səbəbindən səhvə yol verməsi göstərilir.

Daha çox xəbərlər