Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Vətən müharibəsi sübut etdi ki, Azərbaycan gənci vətənpərvər, mərd və qorxmazdır

By Vüsal Rafiqoğlu
16.02.2021 3 Min Read

Şəbnəm Qurbansoy: Minlərlə gənc orduya könüllü yazılaraq bu Vətənə canı-könüldən bağlı olduğunu sübut etdi və bu, “Könüllülər ili”nin zirvəsi oldu

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

“İki sahil” Azərbaycan gəncliyinin simalarından biri olan Şəbnəm Qurbansoyu təqdim edir:

Ş. Qurbansoy söhbətə özünü təqdimatla başladı: “Mən 1999-cu ildə Lənkəran rayonunun Velədi kəndində doğulmuşam. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 2016-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşam. Hələ tələbəikən müxtəlif mətbu orqanlarla və televiziyalarla əməkdaşlıq edib təcrübə toplamışam. III kursda oxuduğum zaman REAL TV-də müxbir olaraq çalışmağa başladım. Hazırda isə fəaliyyətimi ARB televiziyasında davam etdirirəm. Hələ yolun başındayam. Fikrimcə, bir gənc olaraq bundan sonra görəcəyim çox iş var. Ölkə mediadasındakı yerimi almaq üçün öz üzərimdə çalışmağa davam edirəm.”

Daha sonra həmsöhbətimiz dövlətimizin həyata keçirdiyi gənclər siyasəti haqqında fikirlərini “İki sahil”lə bölüşdü: “Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncləri ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, ardıcıl inkişafın təmin olunması prosesində yaxından iştirak edirlər. Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Bu faktor isə müstəqilliyini 30 ildir bərpa edən bir respublika üçün mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.”

Həmsöhbətimizin fikrincə, Azərbaycan gənci bu gün ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Azərbaycan gənci beynəlxalq tədbirlərdə, elmi konfranslarda, beynəlxalq forumlarda, simpoziumlarda ölkəmizi layiqincə təmsil edir. Minlərlə gəncimiz dünyanın aparıcı ali təhsil ocaqlarında, elmi mərkəzlərində oxuyurlar, çalışırlar. Bütün bunlar Azərbaycan gəncinin ona göstərilən qayğını qiymətləndirməsindən xəbər verir.

Şəbnəm Qurbansoy ölkəmizdə geniş yayılan könüllülük fəaliyyətindən də bəhs etdi: “Könüllülər seçimlərindən asılı olaraq, sosial, iqtisadi, siyasi, diaspor, idman, incəsənət və digər müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Ölkəmizin “ASAN Könüllüləri” Təşkilatı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “İslahat Könüllüləri” Təşkilatı, “Nəqliyyat Könüllüləri” Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Eko könüllüləri” Qrupu,”Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “Ədliyyə Könüllüləri” İctimai Birliyi, “Könüllü Qida Nəzarətçisi” və digər könüllü təşkilatlarında fəaliyyət göstərən yüz minlərlə könüllü Azərbaycan gəncliyinin parlaq gələcəyi, ölkəmizin inkişafı istiqamətində dövlət qurumlarının fəaliyyətinə əvəzolunmaz töhfələrini verirlər. Gənc könüllülər həmçinin ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlarda misilsiz rol oynayıblar. Bütün bunlara nəzər saldıqda görürük ki, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi də təsadüfi deyil. Ötən il dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycan könüllüləri hökumətə dəstək fəaliyyətində iştirakları ilə də xüsusi seçildilər. Bu dönəmdə könüllülər tərəfindən bir çox aksiyalar keçirildi. “Könüllülər ili”nin ən unudulmaz vaxtları isə Vətən müharibəsi dövrünə təsadüf etdi. Könüllülərimizin II Qarabağ müharibəsi dönəmindəki fəaliyyətindən çox danışmaq olar, amma ən önəmli mövzuya toxunmaq istəyirəm. Minlərlə vətən oğlu, gənclər orduya könüllü yazılaraq bu Vətənə canı-könüldən bağlı olduğunu sübut etdi və bu, “Könüllülər ili”nin zirvəsi oldu. Necə deyərlər, əsl “Könüllü ili” oldu. Bir daha sübut olundu ki, Azərbaycan gəncliyi vətənpərvər, mərd və qorxmazdır.”

Sonda müsahibimiz fikirlərini bu cür yekunlaşdırdı: “Yaxşı xatırlayıram ki, ölkə başçısı gənclərə olan münasibətini belə ifadə etmişdi: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar. Bununla da bütün ölkədə tanınan və sevilən uğurlu simalardan ola bilərlər.  Azərbaycan gəncliyini hər zaman mübariz, özünə inanan, sevgi dolu, kitab oxuyan, filmlərə baxan, rəsm sərgilərinə, teatrlara gedən və həyatında vicdanlı biri kimi görmək istəyirəm. Daha yüksək təhsilli, ali mədəniyyətə sahib olan, bacarıqlı, işində peşəkar olmağı arzu edirəm. Alicənablıq, düzlük, xeyirxahlıq, mərhəmət, elmə və Vətənə sevgi kimi xüsusiyyətlər gənclərdə təcəssüm olunmalıdır.”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vaxt-puldur deyib, zamanı satırdı…

Next

Qışın ortasında burada üzürlər – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv