“Qızıl Buta” milli mükafatının təqdimat mərasimi olub
ARANTV.AZ xəbər verir ki, “Dünya Azərbaycanlıları” İctimai Maarif Mərkəzi 2018-ci ilin yekunlarına dair “Qızıl Buta” mükafatı uğrunda respondentlər arasında sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, ölkəmizin inkişafı, tərəqqisi uğrunda layiqincə calışan bir sıra ictimai siyasi xadim, millət vəkili, televiziya rəhbərləri fəaliyyətlərinə görə mükafanlandırılıb. Təltif edilənlər sırasında Azərbaycan Televiziyası da var.

