Siyasət 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Moskvada qeyd olunub

ARANTV.AZ xəbər verir ki, Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bayram tədbirində təşkilatın yerli, eləcə də regional bölmələrinin nümayəndələri iştirak edirdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr edilmiş tədbirdə çıxış edən Rusiyanın Azərbaycanlı Gənclər birliyinin idarə heyətinin üzvü Emin Hacıyev birliyin sədri Leyla Əliyeva adından qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi, təşkilatın 2018-çı ildəki fəaliyyəti barədə məlumat verdi. Emin Hacıyev qeyd etdi ki, başa çatmaqda olan il Gənclər Birliyi üçün uğurlu olub. Leyla Əliyevanın rəhbərliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bir sıra yeni layihələr həyata keçirib. Vurğulandı ki, Gənclər Birliyi Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlıq edir.

Rusiyadakı Azərbaycan icması adından çıxış edən akademik Fazil Qurbanov qonaqları qarşıdan gələn bayramlar münasibətiylə təbrik etdi, gənclər birliyinin üzvlərinə uğurlar arzuladı. Fazir Qurbanov qeyd etdi ki, Rusiyanın Azərbaycanlı gənclər birliyinin fəallarının hər bir təşəbbüsü Rusiyadakı Azərbaycan diasporunun möhkəmlənməsinə və birləşməsinə daha bir töhfə olur. Qeyd olundu ki, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsinə, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərinin reallaşdırılmasına xidmət edir. Bayram tədbiri milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə davam etdi.

Daha çox xəbərlər