Sosial 

Nazirlik sintetik torlarla bağlı müvafiq orqanlara müraciət etdi

“Ov üçün istifadə olunan sintetik torlarının satışına qadağa qoyulması ilə bağlı müvafiq orqanlara müraciət olunub”.

ARANTV.AZ-ın məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, qanunvericiliklə həmin torların istifadəsi qadağandır:

“Təəssüf ki, bəzi hallarda bu torlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Bu torlar su hövzəsində yaşayan canlılar üçün təhlükəlidir”.

Daha çox xəbərlər