Cəmi 5 dəqiqəyə yuxulamağın SİRRİ AÇILDI
“TikTok” sosial şəbəkəsinin “Psychologee” ayamalı istifadəçisi video paylaşaraq cəmi beş dəqiqə ərzində yuxuya getməyin sirrini açıqlayıb.
ARANTV.AZ xarici KİV-ə istinadla xəbər verir ki, xanım istifadəçi prosesi mərhələlərlə anlatmağa çalışıb.
• Bir-birilə heç bir əlaqəsi olmayan əşyaları fikrinizdə sadalamağa başlayın;
• Ağlınızdakı əşyalar nə qədər çox təsadüfi olsa, bir o qədər yaxşıdır;
Bu üsul ona yuxusuzluğun öhdəsindən gəlməyə yardım edib. Profilində diplomlu psixoloq olduğu qeyd olunan video müəllifi deyib ki, bu üsulu o özü də bir psixologiya müəllimindən öyrənib.
Videoya iki gün ərzində yarım milyon istifadəçi baxıb.
@psychologeeThis changed my life! ##learnontiktok ##psychology ##uni ##tiktoktutorial ##sleep ##fyp ##tiktokpartner

