“Kids Fashion Art 2018″də Cəmil rüzgarı
Ötən gün paytaxtın elit otellərin birində “Kids Fashion Art”” uşaq model müsabiqəsində Azərbaycan şou-biznesin ən yaraşıqlı və xarizmatik müğənnisi Cəmil fəxri qonaq kimi iştirak edib. Bu haqda ARANTV.AZ-a məlumatı pop star Cəmilin PR meneceri istedadlı maqazin jurnalisti Elton Hacıyev verib: “Gənc ulduz Cəmil “Kids Fashion Art 2018” uşaq model müsabiqəsində fəxri qonaq qismində iştirak etmək üçün ora getmişdik. Fikirləşirdim ki, layihənin rəhbəri Cəmili bu tədbirə müğənni kimi dəvət edib. Sən demə o Cəmil üçün süpriz hazırlayıb. Səhnədə Cəmili Azərbaycanın pop starı kimi təqdim edib. Ondan başqa, hərkəsi özünə cəlb edən pop star “Oralarda” və “Yaxşı ki, varımsan” sevilən hit mahnısı ilə pərəstişkarlarını bir daha feyziyab edib. Böyük alqışlarla səhnəyə çıxan Cəmil yenə də olduqca yaraşıqlı və təkrarolunmaz olmuşdur”.



